Beyninin yarısını itirdi, əvəzində 58 milyon qazandı - FOTOSİLSİLƏ
3 İyul 2013 19:37 (UTC+04:00)
Amerikanın Los - Ancelos şəhərindəki barlardan birində döyülərək beynindən zədə alan Antonio Lopez Chaj 58 milyon dollar təzminat alacaq.
2010 –cu ildə getdiyi barda dalaşan tərəfləri ayırmaq istəyərkən təhlükəsizlik əməkdaşın tərəfindən döyülən bu şəxs uzun müddət komada qalıb. Ağır əməliyyat zamanı onun beyninin bir hissəsi götürülüb və bu səbəbdən də sonrakı həyatında ciddi problemlərlə qarşılaşıb.
Onu bu hala salanlara qarşı təzminatla bağlı iddia ilə məhkəməyə müraciət edən Antonio 58 milyon dollar təzminat ödənilməsi qərara alınıb. Bu miqdar Kaliforniyada indiyə qədər məhkəmə tərəfindən verilən ən böyük təzminat qərarı olaraq tarixə düşüb.
Elnarə
AzNews.az