Hüquqşünaslar Qurban Məmmədov üçün toplaşır

3 İyul 2013 20:06 (UTC+04:00)
İyulun 6 – da hüquqşünas Qurban Məmmədovun həbsi ilə bağlı hüquqşünasların geniş toplantısı keçiriləcək.

Bu barədə məlumatı Qurban Məmmədovun Hüquqların Müdafiə Komitəsinin sədri Namizəd Səfərov verib.

Hüquqşünas bildirib ki, toplantı Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında keçiriləcək.

Toplantıda məqsəd "Qurban Məmmədovun həbsinə yox" deyənlərlə həmrəylik nümayiş etdirməkdir.

Elnarə
AzNews.az