İran-Əfqanıstan sərhədində atışma başlayıb

31 İyul 2022 17:17 (UTC+04:00)

İran sərhədçiləri və “Taliban” silahlıları arasında İran-Əfqanıstan sərhədində silahlı toqquşma başlayıb.

Aznews.az-ın İRNA-ya istinadən verdiyi xəbərə görə, bunu Sistan və Bəlucistan əyalətinin Hilmənd rayonunun rəhbəri Meysam Barazande bildirib.

Sərhəddə atışma davam edir.

Meysam Barazande silahlı toqquşma nəticəsində mümkün tələfatın hazırda dəqiqləşdirildiyini söyləyib.

Qarşıdurmanın səbəbi açıqlanmayıb.