Pakistanda zəlzələ olub

31 İyul 2022 19:39 (UTC+04:00)

Bu gün Pakistanın cənub-qərbində 5,5 maqnitudalı zəlzələ olub.

Aznews.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 13.42 radələrində baş verən zəlzələnin ocağı Pasni şəhərindən 14 km cənub-şərqdə, 30 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.