Konstitusiya Məhkəməsinin sədri Ramil Səfərovdan danışdı

3 İyul 2013 20:37 (UTC+04:00)
Macarıstanın Konstitusiya Məhkəməsinin sdəri Petr Paçola İrəvana iyulun 3-də baş tutan səfəri zamanı bu ölkədən Azərbaycana ekstradasiya edilən Ramil Səfərovdan danışıb.

R.Səfərovun Macarıstan həbsxanasında bir neçə il keçirdiyini qeyd edən məhkəmə sədri onun ekstradasiyadan sonra azadlığa buraxılması barədə macar hökuməti adından heç bir fikir söyləmək istəmədiyini bildirib.

Konstirusiya Məhkəməsinin sədri bunu ekstradasiya şərtləri ilə tanış olmaması ilə izah edib.

Erməni mətbuatının Azərbayanla Macarıstan arasında hansısa razılaşma olması barədə sualına cavabında isə məhkəmə sədri bu barədə ilk dəfə eşitdiyini vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az