Azərbaycanda vəzifəli şəxs saxlanıldı

1 Avqust 2022 11:56 (UTC+04:00)

Saray qəsəbə bələdiyyəsinin sədri Məhi Həsənov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

AzNews.az Unikal-a istinadən xəbər verir ki, M.Həsənov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.

Hazırda araşdırma aparılır.