Avstriya klubu "Neftçi" ilə oyunlar üçün 24 futbolçu sifariş edib

1 Avqust 2022 17:42 (UTC+04:00)

Avstriyanın "Rapid" (Vyana) komandasının UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi açıqlanıb.

Aznews.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Vyana təmsilçisinin baş məşqçisi Ferdinand Feldhofer siyahıya 24 oyunçu daxil edib.

Onların 2-si qapıçı, 7-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qapıçılar: 21. Bernhard Unger, 25. Paul Qartler

Müdafiəçilər: 4. Emanuel Ayvu, 6. Kevin Vimmer, 17. Kristofer Diban, 19. Mixael Sollbauer, 20. Maksimilian Hofmann, 22. Martin Kostselnik (Slovakiya), 23. Yonas Auer

Yarımmüdafiəçilər: 5. Roman Kerşbaum, 7. Nikolas Gerrit-Kün, 8. Kristof Knasmüllner, 13. Torsten Şik, 14. Aleksa Peyiç (Serbiya), 16. Deyan Petroviç (Sloveniya), 24. Patrik Qrayl, 27. Marko Qrüll, 29. Ante Bayiç, 42. Lion Şuster

Hücumçular: 9. Qvido Burqştaller, 18. Oliver Ştrunts, 38. Ferdi Dreyf (Niderland), 39. Rene Krivak, 41. Bernhard Zimmerman

Qeyd edək ki, "Neftçi" və "Rapid" arasında ilk oyun avqustun 4-də Bakıda, cavab matçı isə avqustun 11-də Vyanada keçiriləcək.