Qızıl cüzi bahalaşıb

2 Avqust 2022 15:06 (UTC+04:00)

Qızılın qiyməti cüzi artaraq unsiyası 1 790 ABŞ dolları səviyyəsində ticarət olunur.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,12% və ya 2,1 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 789,8 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,8% artaraq 1 unsiyası 20,2 ABŞ dolları təşkil edib.

İnvestorlar dünya arenasında mövcud vəziyyəti izləməkdə davam edirlər.

Qızılın qiymətinə təsir edən digər amil ABŞ dollarının ucuzlaşmasıdır. Belə ki, ABŞ dollarının indeksində 0,2%-lik eniş qeydə alınıb.

Aznews.az