Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib

2 Avqust 2022 18:17 (UTC+04:00)

Tamara Nurəliyevaya Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanov bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, T.Nurəliyeva 1981-ci ildə Bakı şəhərində anadan olub. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2005-2006-cı illərdə Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında internatura təhsili alıb.

2008-2009-cu illərdə “A-Qroup Sığorta şirkəti” QSC-də Müştərilərə xidmət departamentinin mütəxəssisi vəzifəsində çalışıb. 2017-ci ildə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Muğanlı kənd həkim məntəqəsinin müdiri, 2017-2020-ci illərdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Suvagil kənd xəstəxanasının baş həkimi olub.

2020-ci ildən ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsində çalışıb. 2022-ci ildən isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini işləyirdi.