Xırdalanda binada partlayış baş verib

3 Avqust 2022 22:05 (UTC+04:00)

Xırdalan şəhərində yaşayış binasında partlayış baş verib.

Aznews.az xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində olub.

İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub.

Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.

Ətraflı məlumat veriləcək./APA