Prezident qızının evində axtarış aparıldı

4 İyul 2013 07:52 (UTC+04:00)
Fransa polisi çirkli pulların yuyulması əməliyyatı çərçivəsində Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın mənzilində axtarış aparıb.

BBC-nin məlumatına görə, əməliyyat İsveçrə prokurorluq orqanlarını xahişinə əsasən keçirilib. G. Kərimova ilə bərabər bir neçə Özbəkistan vətəndaşının da mənzilində axtarış aparıldığı barədə məlumat var.
Rəsmi məlumatlara görə, prezident qızının Parisdə mənzili və kurort şəhəri olan San-Tropeda villası var.

Mənzildə axtarış aparılarkən prezident qızı özü başqa bir ölkədə səyahətdə olub. Ancaq hadisə barədə eşitdikdən sonra dərhal Özbəkistana qayıdıb. O, Fransa polisini bu hadisə ilə bağlı məhkəməyə verməyə hazırlaşır.

Elnarə
AzNews.az