DİN Bakıda həkimin övladının və anasının döyülməsinə münasibət bildirib

4 Avqust 2022 16:33 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə səhifələrində həkim Esmira Qurbanovanın 5 naməlum qadın tərəfindən övladının, anasının və anasının rəfiqəsinin döyülməsi iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib.

"Belə ki, vətəndaş E.Babayevanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - DİN rəsmisi vurğulayıb.