Kreml: Putinin hələlik Ermənistana səfər planı yoxdur

4 Avqust 2022 20:02 (UTC+04:00)

Putinin hələlik Ermənistana səfər planı yoxdur.

Aznews.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

O, Putinin səfər proqramında Ermənistana səfər planının olmadığını deyib.

“Əlbəttə, Ermənistana səfər dəvəti var. Amma dəqiq səfər tarixi hazırda yoxdur”.