BMT-nin Baş katibi Qarabağdakı vəziyyətdən narahatdır

4 Avqust 2022 20:27 (UTC+04:00)

BMT-nin Baş katibi Antonio Quterreş Qarabağ bölgəsində hərbi əməliyyatlar haqqında məlumatlardan dərin narahtlıq keçirir.

Aznews.az xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Djuarrik jurnalistlərə açıqlamasında deyib.

"BMT Baş katibi Qarabağ ətrafında gərginlikdən dərin narahatlığını bildirib. Bu cür xəbərləri təsdiqləmək iqtidarında olmadığımız halda, tərəfləri təmkinli və aqressiv davranmamağa çağırır".