Bakıda ailə faciəsi - Ər arvadını öldürdü

4 İyul 2013 08:09 (UTC+04:00)
Bakı şəhərinin Binəqədi rayonunda qətl törədilib.

Rayon ərazisindəki 28 May qəsəbəsində 54 saylı evdə yaşayan 1962-ci il təvəllüdlü Məmmədəliyev Babagül Babaşah oğlu həyat yoldaşı 1961-ci ildə anadan olmuş Xalidə Məmmədəliyevanı bıçaqlayaraq öldürüb.

B.Məmmədəliyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

AzNews.az