Türk Dövlətləri Təşkilatı Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

5 Avqust 2022 19:15 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatı Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilmiş hücumu pisləyib.

Aznews.az xəbər verir ki , bu barədə təşkilatın "Twitter" səhifəsinə yazılıb.

"Türk Dövlətləri Təşkilatının təsisçi üzü Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplar tərəfindən törədilən hücumu pisləyirik. Bu insanlıqdan kənar aksiyanın ətraflı şəkildə araşdırılmasını tələb edirik", - bəyanatda deyilir.

Xatırladaq ki, səfirliyə bir qrup şəxsə tərəfindən hücum ötən gün qeydə alınıb. Hücuma görə London polisi 8 nəfərin saxlandığını bildirib.