Ərdoğanla Putin Özbəkistanda görüşə bilər

6 Avqust 2022 15:13 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə Özbəkistanda görüşə bilər.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rusiya səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Putin onu Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrda baş tutacaq iclasında iştirak etməyə dəvət edib.