MN: "Artilleriyaçılarımız Qazaxıstana səfər edib"

6 Avqust 2022 17:41 (UTC+04:00)

“Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün Qazaxıstana səfər edən komandamıza brifinq təqdim olunub.

Müdafiə Nazirliyindən Aznews.az-a verilən xəbərə görə, brifinqdə artilleriyaçılarımıza təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah olunub, ərazinin maketi üzərində atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri göstərilib, eləcə də poliqonun infrastrukturu və maddi-texniki bazası ilə bağlı məlumat verilib.