Bakı-Ələt-Qazax magistralında sərnişin avtobusu qəzaya düşüb

7 Avqust 2022 10:52 (UTC+04:00)

Bu gün saat 08:20-də Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Bu barədə AzNews.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə, qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib.

Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.