İƏT Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

7 Avqust 2022 19:30 (UTC+04:00)

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın Londondakı səfirliyinə qarşı hücumu qınayıb.

Aznews.az xəbər verir ki , bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib. Təşkilat avqustun 4-də radikal qruplar tərəfindən Azərbaycan Respublikasının Londondakı səfirliyinə qarşı hücumu zorakı və qəbuledilməz adlandırıb və insidentin hərtərəfli araşdırılmasına çağırış edib:

“İƏT Baş Katibliyi avqustun 4-də radikal qruplar tərəfindən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfirliyinə qarşı zorakı və qəbuledilməz hücumunu qınayır. Qrup üzvləri səfirlik binasına daxil olaraq vandalizm aktı törədiblər, dini bayraqlar qaldırıblar və binanın eyvanında dini şüarlar səsləndiriblər. Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Baş katiblik insidentin hərtərəfli araşdırılmasına çağırır”.