Həftəsonu yol qəzalarında 7 nəfər ölüb

8 Avqust 2022 09:18 (UTC+04:00)

Avqustun 6-da və 7-də ölkə ərazisində avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nəticədə 7 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.