Bakıda bələdiyyə binasında yanğın olub

8 Avqust 2022 09:22 (UTC+04:00)

Bakıda bələdiyyə binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 240 m² olan bələdiyyəyə məxsus birmərtəbəli inzibati binanın 1 otağının yanar konstruksiyaları 7 m² sahədə və ondulindən ibarət dam örtüyü 240 m² sahədə yanıb.

Binanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.