Ceyhun Bayramov Türkiyəyə yola düşüb

8 Avqust 2022 10:28 (UTC+04:00)

8 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının 13-cü Səfirlər konfransında çıxış etmək məqsədilə Ankara şəhərinə yola düşüb.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.