Yol polisi Səfər Mehdiyevi niyə saxlayıb? – VİDEO

8 Avqust 2022 13:56 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin hələ vəzifə başında olarkən yol polisi tərəfindən saxlanılıb.

Bununla bağlı maraqlı kadrlar yayımlanıb. “Unikal”ın məlumatına görə, 90-AA-978 dövlət qeydiyyat nişanlı “Mercedes Galendewagen” markalı avtomobilindən düşən sabiq DGK sədri Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib.

O, YPX əməkdaşına “Sən nə həyasız adamsan? Görmürsən general-polkovnik Mehdiyevdir?” sözlərini deyib.

Qeyd edək ki, sözügedən video Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtda lentə alınıb.