"Azəristiliktəchizat"ın iki vəzifəli şəxsi işdən çıxarılıb

9 Avqust 2022 09:59 (UTC+04:00)

"Azəristiliktəchizat" ASC-nin Bakı şəhəri 7 saylı və Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahələrinin rəisləri (Qalib Hüseynli və Araz Məmmədov) tutduqları vəzifələrdən azad ediliblər.

AzNews.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb onların 2022-2023-cü illər payız qış mövsümünə hazırlıq tədbirlərinin lazımi səviyyədə icra etməməsidir.

Bundan başqa, səhmdar cəmiyyətdə müxtəlif vəzifələr tutan 4 nəfərə axırıncı xəbərdarlıqla töhmət elan edilib.