Qızılın qiyməti ABŞ-da inflyasiya gözləntiləri ilə bağlı aşağı düşüb

9 Avqust 2022 10:13 (UTC+04:00)

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,2 % və ya 3,55 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 801,7 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,28 % artaraq 1 unsiyası 20,672 ABŞ dolları təşkil edib.

Treyderlər ABŞ-da istehlak qiymətlərinin artması ilə bağlı məlumatları gözləyirlər. Ekspertlər ölkədə inflyasiyanın ötən ay ilə müqayisədə azalaraq 8,7 % təşkil edəcəyini güman edirlər.