Rusiya vətəndaşlarını Fransada tarixi qalaya buraxmırlar

9 Avqust 2022 12:09 (UTC+04:00)

Bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyi AFP-nin sorğusuna cavabında bildirib.

Sorğuya əsasən, Rusiyanın Ukraynada apardığı müharibəyə görə rusiyalıların hərbi obyektlərə buraxılmasına məhdudiyyət qoyulub. Vensen qalası da hərbi obyektlərdən sayılır.

Bildirilib ki, bu il iyulun 28-də Rusiya vətəndaşı olan iki gənc qadın pasportlarını təqdim edərək qalanı ziyarət etmək istəyib. Ancaq mühafizə bildirib ki, Rusiya vətəndaşı olduqları üçün onları qalaya buraxmırlar.