Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib

9 Avqust 2022 12:15 (UTC+04:00)

Türkiyə Ukraynaya 50 ədəd “Kirpi” zirehli avtomobil verib.

“Report” xarici KİV-ə istinadən bildirir ki, zirehli avtomobillər artıq Ukraynanın cəbhə xəttinə gətirilib.

Məlumata görə, Türkiyənin Ukrayna Ordusuna daha 150 ədəd eyni markalı zirehli avtomobil göndərəcəyi gözlənilir. Türkiyə Silahlı Qüvvələrinin avtomobilləri Ukraynaya təmənnasız verdiyi güman edilir.

Bildirilib ki, zirehli avtomobillər Donetsk istiqamətində gedən döyüşlərdə istifadə olunacaq.

Qeyd edək ki, Türkiyə istehsalı olan “Kirpi” zirehli avtomobili yerli “BMC” şirkətinə məxsusdur.