Kasıb idmançı azarkeşlərindən 33 min dollar topladı

4 İyul 2013 09:33 (UTC+04:00)
Amerikalı idmançı Emili Skot əmək haqqının azlığından şikayət pul üçüm insanlara müraciət edib və 33 min dollar pul toplayıb.

Emili Skot bir neçə həftə öncə "Usa Today" qəzetinə verdiyi elanla hamının diqqətini çəkməyi bacarıb. Belə ki, Emili əmək haqqının az olması barədə "Usa Today" qəzetinə elan verib. Elanda Emili xərclədiyi pulun qazandığı pula nisbətdə 2 dəfə az olmasından şikayətlənərək, imkanı olan şəxslərdən ona yardım etməyi xahiş edib.

"Mənə heç tanımadığım adamlar kömək etdi. İdman Federasiyasından mənə heç bir kömək gəlmədi. Bu qədər pul toplanacağını gözləmirdim. Şükürlər olsun, hələ insanlarda humanizm hissləri qalıb", - deyə o bildirib.

Aynur Hüseynova
AzNews.az