Türkiyə və İran XİN başçıları arasında telefon danışığı olub

10 Avqust 2022 19:51 (UTC+04:00)

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki, telefon söhbətində Türkiyə və İranın xarici işlər nazirləri nüvə danışıqları, İranda baş verən son sel su daşqınları, ikitərəfli əlaqələrin inkişafı və dərinləşməsi, Yaxın Şərq, regional və beynəlxalq məsələləri müzakirə ediblər.