"Neftçi"nin futbolçusu "Rapid"lə oyunda zədələnib

11 Avqust 2022 23:23 (UTC+04:00)

"Neftçi"nin futbolçusu Azər Salahlı zədələnib.

Aznews.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Avstriyada "Rapid"ə qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda sıradan çıxıb.

Salahlının yerinə 20-ci dəqiqədə meydana Mert Çelik daxil olub.

Qeyd edək ki, görüşdə hesab açılmayıb. Bakıdakı ilk matçda "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.