Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb

12 Avqust 2022 13:24 (UTC+04:00)

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib.

Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb.

Hazırda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.

Bildirilib ki, araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.