"Kəpəz" ev oyunlarını Qəbələdə keçirəcək

12 Avqust 2022 19:00 (UTC+04:00)

"Kəpəz" futbol üzrə Azərbaycan Premyer Liqasında ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək.

Aznews.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, Gəncə şəhər stadionu çempionat matçlarını keçirməyə hazır olmadığı üçün bölgə klubu növbəti bildirişədək rəqiblərini Qəbələdə qəbul edəcək.

Qeyd edək ki, "Kəpəz" bu mövsüm Premyer Liqadakı ilk ev oyununu "Dalğa Arena"da "Zirə"yə qarşı keçirib və 1:2 hesabı ilə uduzub.