Novxanıda dənizdə iki nəfər batıb -YENİLƏNİB

12 Avqust 2022 20:58 (UTC+04:00)

Novxanıda iki nəfər dənizdə batıb.

Aznews.az xəbər verir ki, batan şəxslərin meyiti sudan çıxarılıb.

Onlar 2001-ci il təvəllüdlü Nigar Qasımova və 1999-cu il təvəllüdlü Əliağa Məmmədovdur.

19:07

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

Aznews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər verir ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.