Daha 2 nəfər dənizdə batıb -YENİLƏNİB

12 Avqust 2022 23:23 (UTC+04:00)

Xaçmaz rayonu, Niyazoba kəndində, dənizdə (nəzarətsiz ərazi) batan Quba rayon sakini, 1996-cı il təvəllüdlü Eşqin və 2004-cü il təvəllüdlü Məhəmməd adlı şəxsin cəsədi tapılıb.

Aznews.az xəbər verir ki, gənclərin meyitləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

19:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Niyazoba kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

Aznews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.