Ağsuda 0,7 ha sahədə kol-kos və ağaclar yanıb

13 Avqust 2022 19:11 (UTC+04:00)

Ağsu şəhərində həyətyanı sahədə yığılan 22 ton ot bağlamasının 7 tonu, 0,7 ha sahədə kol-kos və yaxınlıqda müxtəlif növ ağaclar yanıb.

Aznews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.