Bərdədə 120 m² sahədə kol-kos yanıb

13 Avqust 2022 19:57 (UTC+04:00)

Bərdə rayonunun Zümürxan kəndində həyətyanı sahədə yığılan 18 ton ot bağlamasının 6 tonu və yol kənarında 120 m² sahədə kol-kos yanıb.

Aznews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.