Azərbaycan İslamiadada 13-cü qızıl medalı qazanıb

13 Avqust 2022 21:25 (UTC+04:00)

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.

Aznews.az xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət milli komanda bütün rəqiblərini geridə qoyub.

Qeyd edək ki, bu Azərbaycanın İslamiadadakı 13-cü qızıl medalıdır.