ADPU-nun tələbəsi avtomobil qəzasında ölüb

13 Avqust 2022 23:01 (UTC+04:00)

ADPU-nun tələbəsi avtomobil qəzasında ölüb.

Bu barədə Aznews.az-a universitetdən bildirilib.

Məlumata görə, ADPU-nun nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsil ixtisasında təhsil alan Nəzrin Ələsgərova avtomobil qəzası nəticəsində həyatını itirib.

Universitet rəhbərliyi tələbənin vəfatından məyusluğunu bildirib, ailəsinə səbr arzulayıb.