Bakının Nizami rayonunda su kəsiləcək

14 Avqust 2022 11:17 (UTC+04:00)

Bu barədə "Azərsu" ASC-dən bildirilib.

Magistral su kəməri üzərindəki siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar 14 avqust 2022-cil tarixində gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.