“İvanişvili qayda-qanunları bilmir“ - Saakaşvili

4 İyul 2013 10:47 (UTC+04:00)
Gürcüstan prezidenti Mixael Saakaşvili ilə baş nazir Bidzina İvanişvili arasındakı soyuq müharibə pik həddə çatıb.

Bir neçə gün öncə baş nazir Bidzina İvanişvilinin prezident haqqında dedikləri Saakaşvilini özündən çıxarıb. Onun sözlərinə görə, İvanişvilinin qayda-qanundan xəbəri yoxdur, ona görə də o belə danışır.

Məlumat üçün deyək ki, bir neçə gün öncə baş nazir Bidzina İvanişvili Saakaşvilin seçkilərin iş gününə salmasına etirazını bildirərək "o, prezidentlik dövrünü uzatmaq istədiyindən, seçkiləri iş gününə təyin edib və vaxtını uzadıb. Bu isə qaydaları pozmaq deməkdir" çıxışı ilə mövcud vəziyyəti daha da gərginləşdirib.

"İvanişvili verdiyi açıqlamaları ilə bir daha sübut etdi ki, onun qanundan xəbəri yoxdur. Seçkilərin 27 və ya 31 oktyabrda keçməsi ilə heç nə dəyişmir. Çünki istənilən dövlətdə prezidentin səlahiyyət müddəti onun andiçmə mərasimi ilə başa çatır. Ona görə də seçkilərin 3-4 gün gecikməsinin heç bir önəmi yoxdur", - deyə prezident bildirib.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin tarixi ilə bağlı bir neçə dəfə qalmaqal yaşanıb. Öncə prezidentin mətbuat katibi Manana Mancaqaldze prezident seçkilərinin 27 oktyabrda olacağı barədə elan versə də sonradan onun bu açıqlamasının bir texniki səhf olduğu bildirilmiş və seçkilərin 31 oktyabra keçirilməsi elan edilmişdi.

Aynur Hüseynova
AzNews.az