İslamiada: Azərbaycan gimnastları daha bir medal qazanıblar

14 Avqust 2022 17:00 (UTC+04:00)

Azərbaycan gimnastları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıblar.

Aznews.az xəbər verir ki, Vladimir Dolmatov, Mədinə Mustafayeva və Xoşqədəm Quliyevadan ibarət kollektiv trio yarışlarında 2-ci olublar.