İslamiada: Azərbaycan üzgüçüsü gümüş medal qazanıb

14 Avqust 2022 22:20 (UTC+04:00)

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.

Aznews.az xəbər verir ki, üzgüçü Məryəm Şeyxəlizadəxangah gümüş medala sahib çıxıb.

18 yaşlı idmançı 50 metr məsafəyə batterflay üsulla üzmədə ikinci yeri tutub.