Dövlət sifarişli yerlərin sayı artıb

16 Avqust 2022 11:48 (UTC+04:00)

"Dövlət sifarişli yerlər ötən illə müqayisədə 746 yer artıb".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artım daha çox I qrup ixtisaslarında olub. DİM sədri bildirib ki, bu qrup üzrə rəqəm 673 təşkil edir.