Çavuşoğlu latviyalı həmkarını Ermənistanla münasibətlər barədə məlumatlandıracaq

16 Avqust 2022 13:52 (UTC+04:00)

“Ermənistanla münasibətlərin normallaşması ilə bağlı həmkarım Edqar Rinkeviçə məlumatlar verəcəyəm".

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu latviyalı həmkarı Edqar Rinkeviçlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

“Həmçinin işgüzar yemək masası arxasında Suriyadakı durum barədə məlumatlar verəcəm. Nümayəndə heyətləri ilə birlikdə digər məsələlər barədə fikir mübadiləsi aparacağıq”, - o bildirib.