Bakıda 5 yaşlı uşağı avtomobil vurub

17 Avqust 2022 09:09 (UTC+04:00)

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2017-ci il təvəllüdlü Ağakişiyev Rəvan Ziya oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.