Zəngəzuru tanıyaq və tanıdaq!

17 Avqust 2022 17:26 (UTC+04:00)

İndiki Ermənistan Respublikasının toponimlərinin
mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif
vaxtlarda bu toponimləri dəyişdiriblər
İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti
Zəngəzurda türk mənşəli toponimlər
Cənubu Qafqazən ən qədim yaşayış məskənlərindən biri
Zəngəzurun toponimlərinin 90%-dən çoxu türk-
müsəlman mənşəlidir.
Bölgədəki ən qədim yaşayış məntəqələrinin adları hələ
Qafqaz Albaniyasının ilk təşəkkül dövründən burada
yaşayan türkmənşəli tayfalarla - prototürklərlə bağlıdır.
Zəngəzurdakı Qafan, Qoroz qalası, Sisakan, Şəki,
Aqvanna, Aqvani, Hot, Şələt kimi yer adları qədim
türklərlə birbaşa bağlı olan toponimlərdir.
Sisakana (eləcə də bütövlükdə Kür - Araz arasına) bu
yerlərdə uzun illər bundan öncə həmişəlik
möhkəmlənmiş, bu gün də mövcud olan əksər tayfa və
törəmələrin (etnosun) təşəkkülündə əhəmiyyətli rol
oynayan prototürklərin - sakların və kimmerlərin gəlişi
bizim eradan əvvəl VII əsrə təsadüf edir.
2700 il əvvəl Qara dənizin şimal sahillərindən Cənubi
Qafqaza, Ön və Cənubi Asiyaya gələn kimmerlər və
saklar burada möhkəmlənərək (digər tayfalarla birlikdə)
azərbaycanlı-türk etnosunun formalaşmasında mühüm
rol oynayıblar.
Sakların böyük bir qolu olan Si saklar Qafqaz
Albaniyasının Göyçə gölündən Qarabağ yaylasına
qədər olan ərazilərində, digər qolu olan Ər saklar isə
dağətəyi və düzən bölgədə, indiki Qarabağ ərazisində,
Mil və Muğan düzlərində yerləşdilər.
Saklar və kimmerlərlə bağlı yer-yurd adları Zəngəzurda
kifayət qədərdir. Sisyan rayonunda Sisyan, (eləcə də
bölgənin qədim adı olan Sisakan termini) Şəki, Şükər,
Püsək, Gomur, Qafan rayonunda Gomaran yaşayış
məntəqələri məhz sak və kimmerlərlə bağlı tarixi sirləri
indiyədək gizləyib saxlamış milli-mənəvi
dəyərlərimizdəndir.
Zonadakı hunlarla bağlı olan toponimlər eranın
əvvəllərində Cənubi Qafqaza gəlmiş hunların bölgədə
məskunlaşması nəticəsində yaranmışdır. Zəngəzurda
hun adı ilə bağllı Hünüt (Qafan r-nu), Xunzirək (Gorus r-
nu), Qundanlı (Qubadlı r-nu), hunların quşçu tayfasının
adını daşıyan Quşçu (Laçında və Sisyanda), Quşçulu
(Qubadlı r-nu) kimi toponimlər bu zonanın aborigen
sakinlərinin bir başqası deyil, məhz türk xalqları
olduğunu sübut edən inkaredilməz dəlillərdir.
Qafqazda eradan əvvəl ikinci əsrdən məskunlaşmağa
başlayan türkmənşəli bulqarların izləri Zəngəzurda son
vaxtlara qədər qalmaqdadır. Bulqarların Qazan
tayfasının adını özündə əks etdirən Qazan dağı, Qazan
gölü, Qazançı kəndləri bu ərazilərdə türklərin
məskunlaşmasının iki min ildən çox tarixə malik
olduğunu göstərən dəlillərdir.
Eranın əvvəllərindən başlayaraq (193-213-cü illər)
Qafqaz Albanıyasına nüfuz edən türkdilli xəzərlər də
Zəngəzurda öz izlərini qoymuşlar. Xəzərlərin kulas,
belencər, tarna tayfalarının adı ilə toponimlər
Zəngəzurda bu gün də yaşamaqdadır: Ulaşlı kəndi
(Qubadlı r-nu), Nüvədi kəndinin Tətnəvit yaylağı (Meğri r-
nu), Beləncər dağı (Zəngilan r-nu).
Zonada digər böyük türk tayfalarının (peçeneq, suvar,
sofulu, saral, yaycı, qiqili) adlarını daşıyan Qafan
(kapan), Piçənis, Sofulu, Sarallı, Gığı, Göyərcik, Suvarlı,
Yaycı və s. yaşayış məntəqələrinin olması da buranın
aborigen əhalisinin məhz Azərbaycan türklərinin
olduğunu sübut edən danılmaz tarixi faktlardır.
Tarixdən məlumdur ki, Zəngəzurun ərazisi qədim
oğuzların məskənidir. Qalın İç Oğuz tayfaları bu
dağlarda məskən salmış, yaşamış, mübarizə
aparmışdır. Bütün türk xalqlannın qəhrəmanlıq eposu
sayılan “Kitabi Dədə Qorqud”dakı hadisələrin çoxu bu
ərazilərdə baş vermiş və tarixin daş yaddaşında,
insanların qan və gen yaddaşında bu günə qədər öz əks-
sədasını qoruyub saxlamışdır.
Kitabi Dədə Qorqud kitabında mənfi personaj kimi
verilən Şöklü Məlik də özgə birisi deyil, Salur Qazan
xanla bir kökdən olan xristianlığı qəbul etmiş qıpçaq -
Şəkili, Saklı Məlikdir. Şöklü (saklı) Məliyin kafir kimi
verilməsi də başa düşüləndir. Məlum olduğu kimi,
xristianlıq III əsrin sonlarında Qafqazda yayılmağa
başlamış, IV-V əsrlərdə isə Zəngəzura (Sünikə) gəlib
çıxmış, lakin burada yaşayan əhali tərəfindən o qədər də
həvəslə qarşılanmamışdır.
Albaniya əhalisinin bir hissəsi (Şöklü Məlik, Saklı
Sumbat) xristianlığı qəbul etmiş, Bizansın maddi, siyasi
və hərbi dəstəyini qazanaraq regionda hökmran mövqe
tutmağa nail olmuşlar. Xristianlığı qəbul etməyən
tayfalar isə VII və VIII əsrlərdə islamı qəbul edərək
tədricən müsəlmanlaşmış, öz xristian yurddaşlarını
münaqişə zamanı «kafir», sülh, əmin-amanlıq dövründə
isə «din ayrı qardaş» adlandırmağa başlamışlar.
Zəngəzurda oğuzların bayandur, qayı, xələc, çəpni
tayfaları, xüsusilə qayı türklərin qacar, baharlı, zəngənə,
zülqədər, padar, çoban qəbilələrinin adı ilə bağlı yüzlərlə
toponim (Bayandur- Gorus rayonunda kənd, Laçında
çay, Qayalı və Babalı Qayalı kəndləri- Qubadlı rayonu,
Xələc kəndi- Qafan və Qubadlı rayonları, Çəpni kəndi -
Qafan rayonu, Avsarlu kəndi - Qafan rayonu) vardır.
Sisyan, Qafan və Zəngilan rayonlarının da bir neçə
Baharlı kəndinin olmasını məhz eyni adlı tayfanın bu
ərazidə geniş yayılması ilə izah etmək mümkündür.
Qafan rayonundakı Qacaran, Avşarlı, Çəpni, Çullu, Xələc,
Çobanlı, Dərzili; Gorus rayonundakı Bayandur, Yaycı;
Sisyan rayonundakı Baharlı, Uz, Murxuz, Burcalar Dərzili,
Zabazadur; Qubadlı rayonundakı Xələc, Padar, Dondarlı;
Zəngilan rayonundakı Baharlı, Bürünlü, Ördəkli
kəndlərinin adları məhz 24 oğuz tayfaları ilə əlaqədar
olan topomorfantlardır.
Zəngəzurdakı yer-yurd adlarının bəziləri islamla bağlı və
ərəb-fars mənşəli adlardır: Şıxlar, Mollalı, Müsəlləm,
Pirdovdan, Səncərli, Şəhərcik, Ərəbxana, Şam, Şamsız,
Məzrə, Məliklər və s. Zəngəzurdakı bəzi yaşayış
məntəqələrinin tarixi isə çox qədimdir. Eramızın
əvvəllərində, hətta, müasir eradan qabaqkı minilliklərdə
mövcud olmuş və öz tarixi keçmişini və mənsubluğunu
adında yaşadan Urud, Vağudi, Ağudi, Dovrus, Şurnuxu,
Şabadin, Qurdqalaq və s. kimi toponimlərin izahını
vermək xeyli çətindir.
Zəngəzur ərazisindəki hidronimlərin də demək olar ki,
hamısı (Bazarçay, Bərguşad, Oxçu çayı, Çaundur çayı,
Oxdar çayı, Bəsitçay, Əyri çay, Dəli çay, Padarçay,
Qazangöl, Qaragöl və s. ) azərbaycan dilindədir.
Ümumiyyətlə, demək olar ki, apardığımız ətraflı tarixi,
etnoqrafik, linqvistik, toponomik tədqiqatlar tam
qətiyyətlə deməyə əsas verir ki, bir neçə kəndi çıxmaqla,
Zəngəzurda erməni mənşəli heç bir topomorfant yoxdur.
Təəssüflər olsun ki, XX əsrdə ermənilər tərəfindən
torpaqlarımızın işğalı, xalqımıza qarşı törədilən etnik
təmizləmə və soyqırımı cinayətləri toponimlərimizdən də
yan keçməmişdir. İyirminci əsrin əvvəllərinə aid olan
xəritələrdə bütün yer adları azərbaycan türkcəsində
olduğu halda, 1930- cu illərdən başlayaraq bir neçə
mərhələdə (1937-40, 1956, 1968, 1991) Qərbi
Azərbaycandakı, o cümlədən Qərbi Zəngəzurdakı bütün
toponimlər dəyişdirildi, erməniləşdirildi. Bu azmış kimi
ermənilər işğal illərində Şərqi Zəngəzurdakı və
Qarabağdakı toponimləri də dəyişdirməyə cəhd
göstərdilər.
...Tarixin estetikası zorakı müdaxiləni qəbil etmir...
...Özünün olmayanı zorla özününküləşdirə bilməzsən!
...İmperiyalar həm də buna görə dağılır!
...Tarix hər şeyi öz yerinə qoyur!
Qəhrəman xalqımızın 44 günlük Zəfər Savaşından sonra
ədalət bərpa olundu, Müzəffər Ali Baş Komandanın
rəhbərliyi altında yenilməz Ordumuz, torpaqlarımızı
işğaldan azad etdi.
Qarabağa və Şərqi Zəngəzura geri dönüş başlamışdır.
Yolumuz Qərbi Zəngəzura və Bütöv Azərbaycana
doğrudur!
Tanrı yolumuzu həmişə açıq eləsin!
Zəngəzur Azərbaycandır!