Mixail Mişustin Əli Əsədova zəng edib

17 Avqust 2022 18:59 (UTC+04:00)

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Baş nazir Əli Əsədova zəng edib.

Aznews.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.