Azərbaycanın kişi cüdo millisi ardıcıl ikinci dəfə İslamiadanın qalibi olub

17 Avqust 2022 19:09 (UTC+04:00)

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişi cüdo millisi qızıl medal qazanıb.

Aznews.az xəbər verir ki, Azərbaycan millisi birinci yer uğrunda görüşdə meydan sahibi Türkiyəyə 3:2 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, bu gün Azərbaycanın qadın cüdo millisi də bürünc medal qazanıb.

Onu da bildirək ki, kişi cüdo millisi 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olmuşdu.