Çempionlar Liqası: "Qarabağ" - "Viktoriya" oyunu başlayıb

17 Avqust 2022 20:46 (UTC+04:00)

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

Aznews.az xəbər verir ki Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:45-də start götürüb. Matçı Sloveniyadan olan FIFA referisi Slavko Vinçiç idarə edir.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendə olacaq.